Dortmund “Borussiya”sının cinah hücumçusu Kərim Adeyemi karyerasını “Real”da davam etdirə bilər.
90deqiqe.Az-ın “Fichajes"ə istinadən məlumatına görə, “kral klubu” 24 yaşlı futbolçu ilə yaxından maraqlanır. İspaniya nəhəngi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.
Bununla belə, qeyd olunur ki, Adeyemi sağ cinah hücumçusu mövqeyi üçün “Real”ın siyahısında yer alan yeganə namizəd deyil.
Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 38 oyunda meydana çıxıb. O, bu matçlarda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Adeyeminin Dortmund klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun bazar dəyəri isə 50 milyon avro qiymətləndirilir.