AZ

İspaniya nəhəngləri onun üçün yarışacaq

“Tottenhem”in və İspaniya millisinin müdafiəçisi Pedro Porro vətəninə qayıtmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Gol Digital” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçu ilə həm “Barselona”, həm də “Real” maraqlanır. Hər iki klub onu müdafiənin sağ cinahındakı problemlərin həlli kimi görür. Xəbərdə qeyd olunur ki, “mahmızlar”la müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulan ispaniyalı müdafiəçi İngiltərə Premyer Liqasını tərk etmək istəyir. London klubu isə Porronu 69 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.

Seçilən
55
publika.az

1Mənbələr