Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub.