AZ

Arıqlamaq və enerjili qalmaq üçün sadə yol

Hər gün cəmi bir ovuc badam yeməyin sağlamlığa ciddi təsir göstərdiyi bildirilir. Mütəxəssislər badamın tərkibində olan zülal, lif və sağlam yağları “mükəmməl üçlü” adlandırır və bu qidanın bir çox sistemi eyni anda dəstəklədiyini vurğulayırlar.

Badam yüksək kalorili olsa da, düzgün miqdarda qəbul edildikdə çəki artımına səbəb olmur. Əksinə, uzun müddət toxluq hissi yaratdığı üçün artıq qidalanmanın qarşısını alır. Bu isə çəkiyə nəzarətdə mühüm rol oynayır.

Onların sözlərinə görə, badamdəkı lif və bitki mənşəli zülal qan şəkərinin ani qalxıb-enməsinin qarşısını alır. Zülal, lif və sağlam yağların birlikdə olması qan şəkərini sabit saxlayır və gün ərzində enerji balansını qoruyur. pizza hut

Badam ürək-damar sağlamlığı üçün də faydalıdır. Tərkibindəki doymamış yağ turşuları və E vitamini pis xolesterolun (LDL) azalmasına kömək edə bilər. Bu isə ürək xəstəlikləri riskinin aşağı düşməsinə dəstək verir.

Bağırsaq sağlamlığı baxımından da badam çox faydalıdır. Onun tərkibində olan lif və polifenollar faydalı bağırsaq bakteriyalarının artmasına kömək edir. Sağlam bağırsaq ümumi immun sisteminin güclənməsində əsas faktorlardan biridir.

Mütəxəssislər gündəlik olaraq təxminən 20-25 ədəd (təxminən 30-40 qram) badam qəbul etməyin kifayət etdiyini deyirlər. Həddindən artıq istifadənin isə əlavə kalori yükü yarada biləcəyi vurğulanır.

Beləliklə, hər gün bir ovuc badam yemək həm ürək, həm həzm sistemi, həm də ümumi enerji səviyyəsi üçün faydalı hesab olunur. Balanslı qidalanma çərçivəsində bu çərəz sağlam həyat tərzinin sadə, lakin təsirli bir hissəsinə çevrilə bilər./Yeni Sabah

Seçilən
3
4
musavat.com

5Mənbələr