Qətər İranla müharibənin başlanmasından bəri ilk dəfə Hörmüz boğazından mayeləşdirilmiş təbii qaz (MTQ) daşıyan tankeri keçirə bilib. Bu, regiondan tədarüklərin tədricən bərpa olunduğu mənasına gələ bilər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Gəmilərin izlənməsi mərkəzinin məlumatına görə, Qətərin "Al Kharaitiyat" MTQ tankeri artıq Hörmüz boğazını tərk edib və Pakistana doğru hərəkət edir, hazırda Oman körfəzindədir.
Tankerin Tehran tərəfindən razılaşdırılmış İran sahilləri boyu şimal marşrutu ilə keçdiyi ehtimal olunur.
"Equasis" məlumat bazasına əsasən, "Al Kharaitiyat" tankeri Qətərin "Nakilat" şirkətinə məxsusdur. "Nakilat" və "QatarEnergy" hələ ki vəziyyəti şərh etməyib.