
Anadan olmasının 103-cü ildönümündə Ümummilli Lider Heydər Əliyevin xatirəsi Türkiyədə anılıb.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfirliyin əməkdaşları, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və SOCAR-ın Türkiyə nümayəndəliyinin kollektivi ilə birlikdə Ulu Öndərin Ankaradakı abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla anılıb.