ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Hantavirus epidemiyasından əziyyət çəkən "MV Hondius" kruiz gəmisi İspaniyanın Tenerife adasına (Kanar Adaları Muxtar Birliyinə) çatıb.
Redaktor.az xəbər verir ki, sərnişinlərin repatriasiya uçuşları gələnə qədər gəmidə qalması gözlənilir.
İspaniya Müdafiə Nazirliyinə gəmidəki 14 İspaniya vətəndaşını Kanar adalarından Madriddəki xəstəxanaya aparmaq tapşırılıb və onlar orada karantinə alınacaqlar. Həmin şəxslərin gəmini ilk tərk edənlər olacağı gözlənilir. İspaniya hakimiyyəti gəmidəki insanların təxliyəsi üçün xüsusi protokol hazırlayıb və "MV Hondius" gəmisinin gəlişinin yerli əhali üçün heç bir təhlükə yaratmadığını bəyan edib.
Təxliyə prosesi başa çatdıqdan sonra gəminin və təxminən 30 heyət üzvünün dezinfeksiya ediləcəyi Hollandiyaya yola düşməsi planlaşdırılır. Məlumata görə, gəmidə olan səkkiz nəfərə hantavirus diaqnozu qoyulub; onlardan üç sərnişin vəfat edib, biri isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdədir. İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün sərnişinlərə kabinələrində qalmaları əmr edilsə də, virusun inkubasiya dövrünün bir neçə həftə çəkməsi yeni halların müəyyən edilməsini çətinləşdirir.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.