ain.az, sport24.az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının 31-ci turuna paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "Şamaxı" ilə qarşılaşır.
Qonaqlar üçün bu görüş formal xarakter daşıyır. Ayxan Abbasovun komandası oyundan qələbə ilə ayrılacağı halda belə turnir cədvəlində mövqeyini dəyişməyəcək. Bu oyun ərəfəsində aktivində 35 xal olan "şirlər" 8-ci yerdədir və "Araz-Naxçıvan"dan 5 xal geri qalır. Meydan sahibləri üçün isə bu görüşün əhəmiyyəti böyükdür. Avrokuboklara vəsiqə qazanmaq istəyən "ağ-qaralar" mövsümdə 14-cü qələbəsini qazansa, "Zirə"dən 3 xal uzaqlaşaraq, 4-cü pillədə yerini bir qədər də möhkəmləndirəcək.
Qeyd edək ki, 32-ci turun oyunlarına mayın 15-də start veriləcək.
Misli Premyer Liqası
III dövrə, XXXI tur
19:30. "Neftçi" - "Şamaxı"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən RəcəbovVAR: Rəşad ƏhmədovAVAR: Müslüm ƏliyevHakim-inspektor: Asim XudiyevAFFA nümayəndəsi: Seymur SəlimliBakı. "Palms Sports Arena".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.