AZ

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

Bakı, 10 may, AZƏRTAC

Çilinin mərkəzində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 22 000 nəfər əhalisi olan Lebu şəhərindən 34 kilometr məsafədə, ocağı isə 23 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Seçilən
62
1
azertag.az

3Mənbələr