AZ

WSJ: Hörmüz boğazının bağlanması kükürd turşusu tədarükünü mümkünsüz edib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 10 may, AZƏRTAC

Yaxın Şərq münaqişəsi qlobal kükürd turşusu tədarükünə mənfi təsir göstərib və qiymətlərin artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə "The Wall Street” jurnalı (WSJ) məlumat yayıb.

Bildirilib ki, kükürd turşusu dünyada ən çox istifadə edilən kimyəvi maddədir, gübrə və kompüter çiplərinin istehsalında, ağac emalı, dəri aşılanması və misin yuyulmasında istifadə olunur. Kükürdün çox hissəsi qlobal bazara Fars körfəzi ölkələrindəki neft emalı zavodlarından daxil olur və Hörmüz boğazının bağlanması tədarükü mümkünsüz edib.

Problemi daha da ağırlaşdıran digər amil Çinin kükürd turşusu ixracına məhdudiyyətlər qoymaq qərarı olub. Kükürd bazarlarını izləyən "Acuity Commodities" şirkətinin direktoru Freda Qordon Pekinin bu addımını qida təhlükəsizliyi ilə bağlı narahatlıqlar və gübrə qiymətlərinin sabitliyinin təmin edilməsi zərurəti ilə əlaqələndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
2
azertag.az

3Mənbələr