AZ

Trampdan NATO-ya yeni zərbə – ABŞ qoşunları Avropanı tərk edir

ABŞ prezidenti Donald Trampın Avropadan daha çox hərbçini çıxara biləcəyi ilə bağlı NATO ölkələrində ciddi narahatlıq yaranıb.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, ABŞ artıq Almaniyadan 5 min hərbçinin çıxarılacağını elan edib.

NATO ölkələrinin yüksəkvəzifəli diplomatları isə Trampın Co Bayden administrasiyası dövründə hazırlanmış Almaniyada uzaqmənzilli raketlərin yerləşdirilməsi planından imtina edə biləcəyini düşünür.

Bloomberg-in məlumatına görə, digər mümkün ssenarilər arasında ABŞ-nin bəzi hərbi təlimlərdə iştirakını azaltması və qoşunların Trampa daha loyal hesab olunan ölkələrə köçürülməsi də var.

Qeyd olunur ki, Vaşinqtonun mümkün addımları Avropa paytaxtlarında ABŞ-nin NATO daxilində gələcək rolu ilə bağlı narahatlığı daha da artırıb.

Musavat.com

Seçilən
29
8
musavat.com

9Mənbələr