AZ

"Düşünürəm ki, nəticə oyuna görə idi" - Qurban Qurbanov

"Qarabağ" Misli premyer-liqasının 31-ci turunda səfərdə "Qəbələ" ilə heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Uzaq səfərdə komandanı tək qoymadıqları üçün azarkeşlərə təşəkkür edirəm. Futbolçular tam gücləri ilə oynadı. Onlara iradım yoxdu. Qalib gələ də bilərdik, məğlub da ola. İntizamlı, döyüşkən komanda ilə heç-heçə etdik. "Qəbələ" həm oyununa, həm xarakterinə görə bəlkə daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Sxadadze yaxşı sistem qurub. Çempionatın sonuna yaxınlaşmışıq. Həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara təsir edir. Qarşıda iki oyun var. Həmin matçlara ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, nəticə oyuna görə idi. Hər iki komandaya uğurlar arzulayıram.

- 90 dəqiqə ərzində dəyişiklik etməməyinizin səbəbi nə idi?
- Bu barədə sona yaxın düşündük. Ehtiyat etdik ki, sistem pozular. Həm də belə havada sonradan oyuna girənlərdə nəfəs almaqda çətinlik olur. Ümumiyyətlə, səfər komandaları üçün Qəbələdə oynamaq həmişə çətin olub. Sona kimi oyunu pozmamağa çalışdıq. Rəqib tam qapanmışdı. Sürətə çox da ehtiyac yox idi. İstədik ki, futbolçular 90 dəqiqə oyunun gərginliyini hiss etsin.

- Kubokda "Sabah"la oyunun cəzaları açıqlandı. Belə ağır cəza və cərimələr gözləyirdiz?
- Deyəcək söz yoxdu. Belə qərar veriblər. Aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçular aqressiv hərəkət edib, hakimı təzyiq göstərib. Qərar verilib, biz də razılaşmalıyıq.

Seçilən
0
16
football-plus.az

10Mənbələr