AZ

Halit xanımı ilə bağlı səssizliyini pozdu - VİDEO

Türkiyəli aktyor Halit Ergenç son günlər xanımı Bergüzar Korel haqqında gəzən iddialara münasibət bildirib.

Aktyor həyat yoldaşının sağlam yollarla arıqladığını təsdiqləyib.

"Alın təri ilə arıqladı. İdman və yeyib-içdiklərinə nəzarət etdi. Bergüzar belə biridir. Ağlına qoyduğunun arxasınca sonuna qədər gedir" deyə, Halit açıqlamasında söyləyib.

Qeyd edək ki, Bergüzar pəhrizlə arıqladığını desə də, haqqında israrla iynə vurdurması və mədəkiçiltmə əməliyyatı etdirməsi ilə bağlı iddialar səsləndirilir.  (Axşam.az)

Seçilən
0
2
musavat.com

3Mənbələr