AZ

Moskvaya səfərinə görə BAŞI DƏRDDƏ

Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, Slovakiya Baş naziri Robert Fitsonun Qələbə Günü münasibətilə Moskvaya etdiyi səfəri Avropa İttifaqında (Aİ) ciddi müzakirə olunacaq.

Musavat.com "Die Zeit" nəşrinə istinadən xəbər verir ki, Fitso qələbənin ildönümü münasibətilə Rusiyaya səfər edən yeganə Aİ ölkəsinin hökumət başçısı olub.

“Robert Fitso bizim bu addımla razılaşmadığımızı bilir. Təəssüf edirəm və biz onunla Moskvada keçirdiyi həmin gün barədə danışacağıq”, - deyə Merts əlavə edib.

Xatırladaq ki, Slovakiya Baş naziri Moskvaya bir gün əvvəl gəlib. Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Fitsonu Kremldə qəbul edib və tərəflər arasında görüş bir saat yarımdan çox davam edib. Qeyri-rəsmi söhbət zamanı Fitso Rusiyaya Çexiya, Almaniya və İsveç üzərindən uçduğunu bildirib, lakin "hər halda bu, maşınla gəlməkdən yaxşıdır" deyə qeyd edib. Putin isə zarafatla "atla gəlməkdən də yaxşıdır" deyərək cavab verib.

Qeyd olunur ki, Estoniya, Latviya, Litva və Polşa Fitsonun təyyarəsinin öz hava məkanlarından keçməsinə icazə vermədiyi üçün Baş nazir bu ölkələrin ətrafından dolanaraq uçmağa məcbur olub.

Musavat.com

Seçilən
6
4
musavat.com

5Mənbələr