AZ

Nələr astma riskini artırır?



Sürətli yemək yemək, gündəlik qaydalara əməl etməmək və siqaret çəkmək xəstəliyitətikləyir və ağırlaşdırır.

Medicina.az xəbər verir ki, Sverdlovsk Vilayəti Səhiyyə Nazirliyinin uşaq pulmonoloqu İrina Şulyak bildirib:

"Siqaret çəkmək ən vacib səbəblərdən biridir. Qidalanma təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçün vacibdir, çünki təbii qidalanma daha təsirli olur və müxtəlif allergik simptomların inkişafının qarşısını alır.

Müxtəlif fast foodlar, inqrediyentlər və əlavələr təkcə bronxial astma deyil, həm də astmanın alovlanmasını şiddətləndirə biləcək istənilən allergik xəstəliyi tətikləyə bilər. Gündəlik rejimin və istirahət müddətlərinin pozulması da rol oynayır və fiziki fəaliyyətin olmaması da zərərlidir”.

33 nömrəli Şəhər Klinik Xəstəxanasının pulmonoloqu Natalya Trifanovanın sözlərinə görə, bronxial astma istənilən yaşda inkişaf edə bilər. Bu xroniki xəstəliyin ən çox yayılmış səbəbi genetik meyldir. Nəsildə varsa, istənilən yaşda yarana bilər.


Aygün Musayeva


Seçilən
52
medicina.az

1Mənbələr