Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.
Oxu.Az xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb.
Belə ki, açarların təqdim edilməsi mərasimində sakin bildirib ki, onların toy günləridir:
İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz.
Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz.