"Qalatasaray"ın hücumçusu Mauro İkardinin klubdan ayrılması gündəmə gəlib.
QOL.az xəbər verir ki, "Hürriyet" nəşrinin məlumatına görə, mövsümün sonunda müqaviləsi başa çatacaq argentinalı futbolçu klubla yeni razılaşma əldə edə bilməyib.
Bildirilir ki, İkardi bu axşam "Antalyaspor"a qarşı keçiriləcək oyunda sonuncu dəfə "Qalatasaray" formasını geyinə bilər.
Qeyd edək ki, 33 yaşlı hücumçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 132 matçda 77 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.