AZ

Müctəba Xameneidən yeni xəbər

İranın ali rəhbəri Müctəba Xameneinin fevral ayında baş vermiş hava hücumu zamanı aldığı xəsarətlər demək olar ki, tamamilə sağalıb.

Publika.az xəbər verir ki, bu barədə ali rəhbərin dəftərxanasının protokol xidmətinin rəhbəri Məzahir Hüseyniyə istinadla "Al Araby" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, 28 fevral hücumu zamanı Xameneyi partlayış dalğası nəticəsində yıxılaraq diz və bel nahiyəsindən xəsarət alıb, həmçinin qulağının arxasında kiçik kəsik yaranıb. Həmçinin bildirilib ki, bel nahiyəsindəki zədə sağalıb, dizinin isə tezliklə bərpa olunacağı gözlənilir.

Hüseyni ali rəhbərin hazırda tam sağlam olduğunu vurğulayıb. İran rəsmisi Müctəba Xameneinin səhhəti ilə bağlı narahatlıq üçün heç bir səbəbin olmadığını qeyd edərək əlavə edib ki, düşmən qüvvələr sui-qəsd təşkil etmək məqsədilə onun haqqında sənədlər və ya məlumatlar əldə etməyə çalışırlar.

Seçilən
28
publika.az

1Mənbələr