AZ

Ederson "Mançester Yunayted"ə çox yaxındır: Danışıqlar yekunlaşır

"Mançester Yunayted" heyətini gücləndirmək yolunda mühüm addım atmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, insayder Matteo Morettonun verdiyi məlumata görə, "qırmızı şeytanlar" "Atalanta"nın yarımmüdafiəçisi Edersonun transferini bitirmək üzrədir.

Tərəflər arasında aparılan son danışıqlarda ciddi irəliləyiş əldə olunub və transferin reallaşması üçün yaşıl işıq yandırılıb.

Braziliyalı futbolçunun artıq İngiltərə nəhənginə keçməyə razılıq verdiyi və şəxsi müqavilə detallarının razılaşdırıldığı bildirilir.

Seçilən
0
1
fanat.az

2Mənbələr