AZ

Sabah Ermənistana 16 vaqon dizel ixrac olunacaq

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 16 vaqon dizel yanacağının göndərilməsi nəzərdə tutulub.

Bundan başqa, bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin aktivləşməsi çərçivəsində Rusiyadan Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən tranziti də davam edir. Məlumata görə, sabah Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq.

Bütün məhsullar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

"Cebheinfo.az"

Seçilən
34
16
cebheinfo.az

10Mənbələr