AZ

Belə rəqiblə oyunda xal qazanmaq təbii ki, xoşdur Kaxaber Tsxadadze

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində bu gün öz meydanında "Qarabağ"la 1:1 hesablı heç-heçə edən "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis belə danışıb:

"Uşaqlara bütün güclərini meydanda qoyduqları üçün təşəkkür edirəm. "Qarabağ"ın belə heyətlə çempionatda oynadığını xatırlamıram. Çox güclü, heyətində ustalıq səviyyəsi yüksək olan komandadan vacib xal aldıq. Qurban Qurbanovun gördüyü işlər göz önündədir. Bütün bunlar onun əməyinin nəticəsidir. Qurbanın sayəsində Azərbaycan futbolu dünya səviyyəsində tanınır. Çempionlar Liqasında möhtəşəm çıxışla yadda qaldılar... Belə rəqiblə oyunda xal qazanmaq təbii ki, xoşdur. Penaltini dəf edən Səlahət Ağayevin çıxışını xüsusi vurğulamalıyam.

Nəticələri bir kənara qoysaq, milli fasilədən sonra bizim bərbad oyunumuz olmayıb. Düzdür, bəzi matçlarda istədiyimiz futbolla diqqət çəkməmişik. Ona görə də turnir cədvəlində indiki mövqedəyik. Amma fasilədən sonra bir səhv üzündən "Sumqayıt"a uduzduğumuz matçda da, "Zirə" ilə görüşdə də yaxşı futbol sərgilənişik.

Qarşıda iki oyunumuz var. Hər matç bizim üçün finaldır".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr