Misli Premyer Liqasının 31-ci turu çərçivəsində bu gün səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb:
"Azarkeşlərə uzun yol gəlib bizi dəstəklədikləri üçün təşəkkür edirəm.
Futbolçulara iradım yoxdur. İntizamlı, döyüşkən kollektivlə üz-üzə gəldik. Rəqib oynadığı futbolla bəlkə də daha yaxşı yerlərdə olmalıydı. Kaxaber Tsxadadze yaxşı kollektiv qurub. Mövsümün sonlarında həm fiziki, həm psixoloji yorğunluq hiss olunur.
Sona yaxın əvəzləmə etmək istəsək də, oyunun ritmini pozmaq istəmədik. Həm də burada oksigen fərqli olduğu üçün adətən oyuna sonradan çıxanlar bir qədər narahatlıq hiss edir.
Kubokdakı cəzalar? Bunu normal qarşılayıram".
Nihat