AZ

Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb İlk 4 ölkə

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin ilk 3 ayında 383 Azərbaycan vətəndaşı xarici ölkə vətəndaşları ilə ailə həyatı qurub. 

Ölkə.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının qeydiyyat orqanları - qeydiyyat şöbələri, icra hakimiyyətlərinin nümayəndəlikləri və Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

Həmin şəxslərdən 183-ü qadın, 200-ü isə kişidir.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin ilk 3 ayı ərzində isə bu cür nikahların sayı 483 olub.

"Nikah bağlanan əcnəbilər arasında daha çox Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları üstünlük təşkil edir", - deyə rəsmi məlumatda vurğulanıb.

Rəsmi statistikadan görünür ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərlə bağlanılan nikahların sayı azalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
4
olke.az

5Mənbələr