Almaniya nəhəngi "Bavariya"nın "Arsenal"ın hücumçusu Kay Haverts ilə maraqlandığına dair yayılan xəbərlərə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Kristian Falkın məlumatına görə, Münhen təmsilçisi alman futbolçunu transfer etmək niyyətində deyil.
Son günlər mətbuatda Havertsin vətəninə dönəcəyi ilə bağlı xəbərlər tirajlansa da, klubun transfer siyahısında belə bir adın olmadığı dəqiqləşib.
"Arsenal"da uğurlu mövsüm keçirən 26 yaşlı oyunçunun London klubundakı gələcəyi hələlik sabit görünür.