AZ

Bağırsaq sağlamlığını məhv edən ən pis qida açıqlandı

Bədənin "ikinci beyni" və "sağlamlığın qalası" olan bağırsağımızı qorumaq üçün qidalanma vərdişlərimizi tez-tez nəzərdən keçirməliyik. Bilmədən yediyimiz bəzi qidalar bağırsaq sağlamlığının ən böyük düşməni ola bilər.

Ölkə.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bağırsaq florasına birbaşa və mənfi təsir göstərən qida qrupları şəkər, süni dadlandırıcılar və qatqılarla zəngin olan ultra emal olunmuş qidalardır.

Bu tip qidalar bağırsaqdakı faydalı bakteriyaların sayını sürətlə azaldır və bu da çoxsaylı sağlamlıq problemlərinə səbəb olur.

Süni dadlandırıcılar üzərində aparılan son tədqiqatlar göstərir ki, bu maddələr bağırsaq baryerinə zərər verir və "sızan bağırsaq sindromu" riskini artırır.

Bundan əlavə, emal olunmuş un və şəkərlə zəngin qidalanma bağırsaq hərəkətlərini yavaşladır və faydalı bakteriyaların qidalanmasına mane olur. Bu isə həzm sistemini daha da zəiflədə bilər.

Qeyd edək ki, sızan bağırsaq sindromu (artmış bağırsaq keçiriciliyi), bağırsaq divarındakı "keçidlərin" zədələnərək toksinlərin, həzm olunmamış qida hissəciklərinin və bakteriyaların qan dövranına keçməsi halıdır. Bu vəziyyət xroniki iltihaba, həzm problemlərinə, immun sistemin həddindən artıq reaksiyasına və müxtəlif xroniki xəstəliklərə səbəb ola bilər.

Billurə

Seçilən
61
olke.az

1Mənbələr