Misli Premyer Liqasının XXXI turu “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub. O, turnirdə 200-cü oyununu keçirib.
Gürcüstanlı legioner “İmişli” ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.
Debütü 2018/19 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib. O, “Qəbələ”də 27 (7 qol), “Sabah”da 63 (16 qol), “Zirə”də 110 (37 qol) matçın iştirakçısı olub.
Qeyd edək ki, Davit Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olub.
I Liqa: XXVI turun oyun cədvəli açıqlanıb
FİFA açıqladı: "Neftçi"nin transfer qadağası götürüldü
Dambrauskas: "Məyus olmaq üçün vaxtımız yoxdur"
Rəşad Sadıqov gileyləndi: "Palçıqda futbol oynayırıq"
Azər Bağırov "Kəpəz" fanatları barədə: "Onlar başqa cür baxırlar"