AZ

Obameyanq heyətdən kənarlaşdırıldı

"Olimpik Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq baş məşqçi Həbib Beye tərəfindən cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Fabris Houkins yayıb.

Məlumata görə, qərar sözügedən forvard bərpa məşqi zamanı komanda yoldaşları ilə birlikdə daxili intizam qaydalarını üçün qəbul olunub. Onun mayın 10-da Liqa 1-in 33-cü turu çərçivəsində "Havr"la səfər matçında olmayacağı bildirilib.

Obameyanq 2023-cü ildən "Olimpik Marsel"in uğurları üçün çalışır. Qabonlu futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Toğrul

Seçilən
7
1
fanat.az

2Mənbələr