AZ

Hantavirus yeni COVID-19 deyil - Qebreyesus

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus hantavirusla bağlı açıqlama yayıb.

Day.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib.

Baş direktor bildirib ki, sözü gedən virus yeni COVID-19 deyil.

Qebreyesus bildirib ki, MV Hondius gəmisində aşkarlanan Andes ştamlı hantavirus ciddi olsa da, hazırkı ictimai sağlamlıq riski aşağı olaraq qiymətləndirilir:

"Bu, yeni COVID-19 deyil. ÜST risk qiymətləndirməsini məsuliyyətlə aparıb".

Onun sözlərinə görə, Tenerifedə olan insanlar üçün təhlükə aşağı səviyyədədir.

Baş direktor bildirib ki, gəmidə hazırda simptomları olan sərnişin yoxdur: "ÜST ekspertləri gəmidə fəaliyyət göstərir, tibbi ləvazimatlar təmin edilib və İspaniya hakimiyyəti sərnişinlərin təhlükəsiz şəkildə təxliyəsi üçün mərhələli plan hazırlayıb. Plana əsasən, sərnişinlər yaşayış məntəqələrindən uzaqda yerləşən Qranadilla sənaye limanına gətiriləcək, qapalı və mühafizə olunan nəqliyyat vasitələri ilə tam nəzarət olunan marşrut üzrə birbaşa öz ölkələrinə göndəriləcəklər".

O, sakinləri sərnişinlərlə təmas olmayacağına əmin edib.

Seçilən
0
11
day.az

10Mənbələr