"Çelsi" Premyer Liqada müdafiə xəttində uğursuz seriyasını davam etdirir.
QOL.az xəbər verir ki, London təmsilçisi "Liverpul"la matçda da qapısında qol görərək ardıcıl 14-cü çempionat oyununda qol buraxıb. Görüşdə hesabı 6-cı dəqiqədə Rayan Qravenberx açıb.
Bu, "Çelsi"nin son 35 ildəki ən pis göstəricisidir. Klub buna oxşar uğursuz seriya ilə sonuncu dəfə 1991-ci ildə üzləşib və ardıcıl 17 oyunda qapısında qol görüb.
Qeyd edək ki, "zadəganlar" Premyer Liqada sonuncu dəfə yanvarın 17-də "Brentford"la matçda (2:0) qapısını toxunulmaz saxlaya bilib.