Xalq artisti Fatma Mahmudova Əməkdar artist Ruhəngiz Allahverdiyevanın iştirak etdiyi proqrama qatılmaqdan imtina edib.
Axşam.az xəbər verir ki, bu barədə "Öz aramızda" proqramında danışılıb. Verilişin aparıcısı İsa Şükürov bununla bağlı müğənniyə sual ünvanlayıb:
"Fatma xanımı qızı Nigarla birlikdə dəvət etdik. Dedi ki, qızımın duet ortağı da gəlsin. Razılaşdıq. Sonra proqramda sizin olduğunuzu bilib gəlməyəcəyini dedi. Ardınca Nigar gecə saat 4-də redaktorumuza yazdı ki, dünyasını dəyişənimiz var, Ağdamdayıq. Mən isə irad bildirdim ki, vaxtında deyin, proqrama başqa qonaq çağıraq. Sonra bir qohumuna zəng vurduq və öyrəndik ki, ölən, yas düşən qohumları yoxdur. Gecə isə sosial şəbəkədə oxuyub, oynadığı yerdə mahnı paylaşmışdı. Yazdım ki, qohumu ölən adam belə paylaşım etməz. Başqa bir dostuma zəng edib deyib ki, xəstə deyiləm, filan qonağa görə getmirəm".
R.Allahverdiyeva is aralarında heç bir mübahisə olmayəb:
"Bu dava mənim üstümdədir? Rolunu və ya kimisə əlindən almışıq? Bu yaşımda da ayağımdan çəkirlər? Bu yaşda insan daha müdrik olur, amma mən bunu anlamadım. Mən vergili adamam, hər şeyi hiss edirəm. Mənə toxunmaq olmaz. Əvvəldən bilirdim ki, gəlməyəcəklər. Şər atmayın, yalan danışmayın. Sözünüz varsa, telefon var, mənə müraciət edin. Efirə gəlməməyi uşaq etsəydi, başa düşərdim. Onun övladı üçün də həmişə yazmışm ki, xoşbəxt olsun".