AZ

İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Vətənpərvərlik" klubunun və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş "İzlərdən gələcəyə: Heydər Əliyev və müstəqil Azərbaycan" adlı tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və onun zəngin irsi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Direktor, həmçinin vurğulayıb ki, belə tədbirlər tariximizin daha dərindən öyrənilməsi və milli kimliyin qorunması baxımından vacib platformadır.

Sonra tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva Ümummilli Liderlə bağlı xatirələrini bölüşərək onun şəxsiyyətinin çoxşaxəli cəhətlərindən danışıb. O, Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata və ziyalılara göstərdiyi diqqətin cəmiyyətin inkişafında oynadığı rolu xüsusi qeyd edib və bu diqqətin ölkədə milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələri diqqətə çatdırıb.

Tədbir çərçivəsində gənclər ekskursiyada iştirak edərək Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla yaxından tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

10Mənbələr