Qaradağ rayonunda 57 yaşlı kişi faciəli şəkildə ölüb.
Hadisə mayın 8-də rayonun Lökbatan qəsəbəsində fəaliyyət göstərən mərmər sexində baş verib.
Sexdə qaldırıcı qurğuda olan mərmər məzardaşı qırılaraq orada usta işləyən Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayevin üzərinə düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 9 May 2026, 16:12