AZ

Ukrayna ilə bağlı danışıqlar dayandırılıb

BAKI, 9 may. TELEQRAF

“Ukrayna ilə bağlı üçtərəfli danışıqlar dayandırılıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

“Heç kim danışıqlar barədə müzakirə aparmayıb, hələlik fasilədir, növbəti raund barədə heç bir razılıq əldə edilməyib”, - o bildirib.

Uşakov vurğulayıb ki, Ukrayna tərəfi danışıqların növbəti mərhələsinin uğurlu olmasını təmin etmək üçün nə edilməli olduğunu bilir.

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.

Seçilən
30
1
teleqraf.com

2Mənbələr