AZ

Polis əməliyyat keçirdi,12 kiloqram narkotik vasitə aşkarlandı

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərovdan 12 kiloqram 305 qram marixuana aşkarlanıb.

Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Seçilən
0
7
publika.az

10Mənbələr