Bakının Sabunçu rayonunda qadın ərinə xəsarət yetirib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il iyulun 26-da Ramana qəsəbəsindəki Şuşa şəhərciyində baş verib.
1992-ci il təvəllüdlü Fərqanə həmin gün saat 12 radələrində yaşadıqları evin dəhlizində həyat yoldaşı Məmmədlə (adlar şərti verilib – red.) mübahisə edib.
Buna səbəb Məmmədin qadının barəsində böhtan xarakterli ifadələr işlətməsi olub.
Mübahisə zamanı qadın kabellə ərinin qarın, qol və kürək nahiyələrinə, tava ilə qoluna, əli ilə isə üzünə bir neçə dəfə vurub.