AZ

FHN: Mingəçevirdə hoteldə baş verən yanğın söndürülüb

Bakı, 9 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində hotelin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən hotelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sauna 35 kv.m. sahədə yanıb.

Saunanın qalan hissəsi və hotel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

Seçilən
34
28
azertag.az

10Mənbələr