AZ

Qrinvuda görə məşq yarımçıq dayandırıldı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vinger Meyson Qrinvud bu gedişlə "Olimpik Marsel"də qalmayacaq.

Fanat.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, daha öncə də intizamsızlığı barədə informasiyalar yayılan futbolçu baş məşqçi Həbib Beye yola getmir.

Məlumata görə, sözügedən mütəxəssis Qrinvudla yaşadığı insident səbəbindən yarımçıq saxlayıb. Mənbə ön xətt oyunçusunun fransız dili dərslərinə gəlmədiyini və klubun marketinq aksiyalarına qatılmadığını da vurğulayıb. Meysonun son 6 çempionat matçında qol vura bilmədiyi, bu məqamın onun oyunlara da məsuliyyətsiz yanaşmağa başladığına əyani sübut  olduğu qabardılıb.

Xatırladaq ki, Qrinvud "Olimpik Marsel"ə 2024-cü ilin yayında "Mançester Yunayted"dən transfer olunaraq 5 illik müqaviləyə imza atıb. İngilis futbolçu cari mövsüm Liqa 1-də 15 qola imza atıb.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr