AZ

Azərbaycanda məktəblilər arasında DAVA: BIÇAQLANAN VAR

Ajans.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.  Belə ki, iki məktəbli arasında yaranan mübahisədən sonra onların valideynləri olan Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər.  Tərəflər arasında baş verən mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır./unikal

Seçilən
12
18
Ajans.az

10Mənbələr