AZ

Bakıda narkotacir belə tutuldu ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərovdan 12 kiloqram 305 qram marixuana aşkarlanıb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə X.Zərgərov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
3
lent.az

5Mənbələr