Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarında 432 105 bank hesabı olub.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bu, 2025-ci il aprelin 1-nə nisbətən 72,2 % çoxdur.Bank hesablarının 364 530-u cari, 65 463-ü kredit, 2 112-si isə əmanət (depozit) hesablarıdır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 99,7 % çox, 2 % az və 27,8% çoxdur.Bank hesablarının 4 323-ü hüquqi, 427 782-si isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 19,5% çox və 72,9 % çoxdur. Fiziki şəxslərin hesablarının isə 25 278-i fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 17,6 % artma deməkdir.Bu ilin yanvar-mart aylarında muxtar respublikada 26 618 yeni bank hesabı açılıb ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur. Yeni hesabların 206-sı hüquqi, 26 412-si isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 24,5 % az və 2,1 dəfə çoxdur. Yeni açılan fiziki şəxslərin hesablarının 2 669-u fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 43,6 % artım deməkdir.