
Moskvada Qırmızı Meydanda ənənəvi Qələbə paradı keçirilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, paraddan sopnra Rusiya Prezidenti Vladimir Putin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə Kreml divarının yaxınlığındakı Naməlum Əsgərin məzarına gül dəstələri qoyub.
***11:36
Moskvada Qırmızı Meydanda ənənəvi Qələbə paradı başlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və xarici dövlət başçıları Qələbə Günü paradını izləmək üçün Qırmızı Meydandakı mərkəzi tribunada yerlərini tutublar.
Qeyd edək ki, bu il parad hərbi texnika olmadan təşkil edilib. Piyada kolonunun tərkibində Rusiya ordusunun ali hərbi təhsil müəssisələrinin hərbçiləri və ayrı-ayrı qoşun növlərinin nümayəndələri iştirak edəcəklər.
Həmçinin, yekunda Qırmızı Meydanın üzərindən Rusiyanın aviasiya qruplarına məxsus təyyarələr uçacaq.