AZ

Vircil van Deykin İstanbul nəhənginə keçidi belə reallaşa bilər

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk karyerasını İstanbul nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sporx" yayıb.

Məlumata görə, Niderland millisinin üzvünün xidmətində "Qalatasaray" maraqlıdır. Mənbə Türkiyə klubunun "qırmızılar"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulan Vircili təzminat ödəmədən heyətinə qatmaq istədiyini bildirib. Bu keçidin reallaşması üçün ya 34 yaşlı futbolçunun sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilməli, ya da türklər gələn ilin yayına qədər gözləməlidir.

Cari mövsüm bütün turnirlərdə 52 matça çıxan van Deyk 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
fanat.az

2Mənbələr