AZ

Bəzi yerlərə qar yağıb, dolu düşüb - Faktiki hava

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb.


    Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb.

    Düşən yağıntının miqdarı

    Düşən yağıntının miqdarı Göyçayda 15, Xaltan (Quba) və Şəkidə (Kişçay) 10, Qəbələdə 9, Beyləqan və Oğuzda 8, İsmayıllıda 7, Gədəbəydə 6, Qobustan, Göygöl, Ağstafa, Daşkəsən, Zərdab və Şahbuzda 3, Lerik, Yardımlı, Ağdam, Xızı və Qaxda (Sarıbaş) 2, Goranboy, Cəbrayıl, Bərdə, Yevlax, Şabran, Şirvan, Kürdəmir, Qusar, Tovuz, Şamaxı, Ordubadda 1 mm-dək qeydə alınıb.

    Mayın 8-də Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırda ölçülü dolu düşüb.

    Seçilən
    14
    30
    manset.az

    10Mənbələr