İranın Ali Lideri Müctəba Xameneinin ofisinin protokol məmuru Məzahir Hüseyni Xameneinin səhhətinin yaxşı olduğunu ictimaiyyət qarşısına çıxmamasının səbəbini açıqlayıb.
Hakimiyyet.az xəbər verir ki, Müctəba Xamneinin səhhəti barədə açıqlama verən Hüseyninin sözlərinə görə, Seyid Əli Xameneinin qərərgahı bombardman zamanı bir yerəd idik: “Bombardman zamanı ofisdə idik. General Şirazi və həmkarlarının yerləşdiyi ərazi təxminən 30 metr məsafədə vurulub. Əli Xameneinin yerləşdiyi ərazi təxminən 70-80 metr məsafədə hədəfə alınıb. Raket və hava hücumları zamanı içəridə bir neçə nəfər var idi. Əli Xamenei adətən Müctəba Xameneinin mühazirə oxuduğu yerdə olurdu, amma həmin gün orada deyildilər. Onlar həmin yeri tamamilə məhv etdilər. Onlar onun olduğu ərazini müntəzəm olaraq hədəfə alırdılar".
Hüseyni əlavə edib ki, Müctəba Xamenei hücumun zərbəsindən yerə yıxıldı: "O, belindən və ayağından yüngül xəsarətlər alıb, lakin tez sağalıb. Hazırda səhhəti yaxşıdır və tam sağalma ərəfəsindədir".
Müctəba Xamneinin alnından ciddi xəsarətlə bağlı iddialaı təkzib edən Hüseyni bildirib ki, alnından xəsarət aldığına dair bütün iddialar əsassızdır. “O, yalnız qulağının arxasında kiçik bir yara alıb. Bundan başqa, təsvir edildiyi kimi ciddi bir zədə yoxdur", - o vurğualyıb.
Xameneinin ictimaiyyətin diqqətindən kənarda saxlanılması ilə bağlı iddialara gəldikdə isə Hüseyni bunu təhlükəsizlik səbəbləri ilə izah edib. Hüseyni bildirib ki, düşmən müxtəlif şayiələr və bəhanələr vasitəsilə öz imicini və ya səsini əldə etməklə fərqli məqsədlər güdür. “Buna görə də hazırda tələsmək lazım deyil. Vaxtı çatanda o, birbaşa xalqla danışacaq. Onun sağlamlığı, dözümlülüyü və xalqa rəhbərlik etmək qabiliyyəti tamamilə qorunub saxlanılır", - o qeyd edib.
Mürtəza