ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Bakı şəhər Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranında iş yoldaşını döyən ofisiantın məhkəməsi keçirilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə 2006-cı il təvəllüdlü Kamran Həsənovu Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib.
Məlum olub ki, hadisənin baş verdiyi gün 20 yaşlı Kamran onunla birgə ofisiant işləyən Rza ilə dalaşıb. Kamran Rzaya yaxınlaşaraq arxasınca "dəli" sözünü işlətməsinə və ona baxıb gülümsəməsinə irad bildirib. Bundan sonra hər iki şəxs restoranın zirzəmisinə gedərək mübahisəni davam etdiriblər. Nəticədə, Kamran Rzanın sifətinə zərbələr endirərək ona xəsarətlər yetirib.
Məhkəmənin hökmü ilə ofisiant yoldaşını döyən gəncə 1100 manat cərimə cəzası verilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.