AZ

Trampdan Avropa İttifaqına xəbərdarlıq

Donald Tramp Avropa İttifaqına xəbərdarlıq edib.

“Cebheinfo.az” “Yeni Şafak”-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını (Aİ) iyulun 4-ü Amerikanın müstəqilliyinin 250-ci il dönümünə qədər ABŞ məhsullarına tətbiq edilən tarifləri ləğv etməyə çağırıb.

Ağ Ev rəhbəri bu məsələni Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə telefon danışığında müzakirə edib və sonda özünün “Truth Social” hesabında paylaşıb.

Tramp Şotlandiyanın Turnberry şəhərində ABŞ ilə Aİ arasında razılaşdırılan ticarət sazişinin yerinə yetirilməsini səbirsizliklə gözləyir.

Tramp Avropa liderlərinə sazişə riayət etmək üçün 4 iyul 2026-cı ilə qədər vaxt verib.

O, Aİ-nin üzv ölkələrini bu tarixə qədər tariflərin aşağı salınmayacağı təqdirdə ABŞ-nin Aİ məhsullarına tətbiq etdiyi tarifləri daha yüksək səviyyəyə qaldıracağı ilə hədələyib. 

Seçilən
30
cebheinfo.az

1Mənbələr