İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümünü Ermənistan və Azərbaycan arasında sülh şəraitində qeyd edirik.
AzNews.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“9 May 2026-cı ili Ermənistan və Azərbaycan arasında sülh şəraitində qeyd edirik. Artıq iki ildir Ermənistan-Azərbaycan toqquşması nəticəsində heç bir itki və ya xəsarət alan olmayıb və sərhəd yaşayış məntəqələrimiz qarşıdurmalardan azad mühitdə yaşayır. Bu, ölkəmizin müstəqillik qazanmasından bəri ilk dəfə əldə etdiyimiz çox vacib nailiyyətdir.