Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İngiltərə Futbol Liqası (EFL) "Sauthempton" klubuna qarşı qayda pozuntusu ilə bağlı ittiham irəli sürüb.
"Cebheinfo.az" qurumun rəsmi saytına istinadən xəbər verir ki, iş araşdırılması üçün müstəqil intizam komissiyasına göndəriləcək.
İttiham "Midlsbro" klubunun şənbə günü keçirilən pley-off mərhələsinin ilk yarımfinal oyunundan əvvəl özəl ərazidə icazəsiz videoçəkiliş aparılması ilə bağlı şikayətindən sonra irəli sürülüb. Qaydalara əsasən, hər hansı bir klubun oyunun başlanmasına 72 saat qalmış digər komandanın məşqlərini izləməsi və ya buna cəhd etməsi qadağandır.
Qaydalara görə, cavab üçün 14 gün vaxt verilsə da, EFL işin xarakterini nəzərə alaraq Müstəqil İntizam Komissiyasından bu müddətin qısaldılmasını və iclasın ən qısa zamanda keçirilməsini xahiş edəcək.
Liqa rəhbərliyi proses davam etdiyi müddətdə digər şərhlərdən çəkinəcəyini bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.