AZ

Hörmüz məsələsi Toyota nı milyardlarla dollar ziyana saldı

ain.az bildirir, Milli.az portalına istinadən.

"Toyota" şirkəti İrandakı münaqişənin nəticələrinin ona təxminən 4,3 milyard dollara başa gələcəyini gözləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yapon avtomobil istehsalçısı rüblük mənfəətinin təxminən 50 faiz azaldığını açıqlayıb və artan xərclər səbəbindən bu göstəricinin il boyu aşağı düşəcəyini xəbərdar edib.

Şirkət vurğulayır ki, enerji böhranı fonunda qənaətcil hibrid avtomobillərə tələbat artır. Avtokonsernin proqnozuna görə, bu il onların satışları tarixdə ilk dəfə 5 milyon ədədi ötəcək.

Lakin bu istiqamətdən əldə olunan gəlirlər belə, Hörmüz boğazının bağlanması səbəbindən yaranan tədarük problemlərindən doğan zərərləri kompensasiya etmir.

Şirkətin birinci rübdə əməliyyat mənfəəti 3,6 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə azdır. Şirkət 2026-cı ilin yekununda 19 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Bu isə analitiklərin verdiyi proqnozdan üç dəfədən çox aşağıdır.

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
news.milli.az

2Mənbələr