Yazını böyüt
Yazını kiçilt
“Əsas razılaşma ondan ibarətdir ki, 9–11 may tarixlərini əhatə edən atəşkəs dövründə hər iki tərəfdən min nəfər olmaqla əsir mübadiləsi həyata keçirilsin”.
Hafta.az xəbər verir ki, bu haqda jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında üç günlük atəşkəsin tətbiq olunacağını elan etmişdi. Trampın təşəbbüsünün məhz faşizm üzərində Qələbə Gününün 81-ci ildönümünə təsadüf etməsi vacib məqamdır.
O bildirib ki, Rusiya tərəfi 9–11 may tarixlərində atəşkəsə ABŞ prezidentinin administrasiyası ilə telefon əlaqələri zamanı razılıq verib.